Qəbələ və Oğuz rayonlarının sərhədində avqustun 23-də başlamış yanğın artıq lokallaşdırılıb. Qəbələ rayonunda qeydə alınan yanğın tamamilə söndürülüb.
Yalnız Oğuz rayonu Xaçmaz kəndi və Seyrandərə ərazilərində iki ocaq aktiv olaraq qalır.
Sputnik Azərbaycan-ın bölgə müxbiri FHN komandası ilə birgə helikopterdə yanğınsöndürmə əməliyyatında iştirak edib və bu ərazilərin səmadan necə göründüyünü lentə ala bilib.
Fövqəladə Hallar Nazirliyi Daxili xidmət general mayoru Fizuli Əsədovun sözlərinə görə ölkədə baş verən meşə yanğınlarında insan tələfatı faktı qeydə alınmayıb. Hal-hazırda Oğuz rayonunda aktiv olan iki ocaq üzərində işlər davam edir. Yanğının tez bir zamanda söndürüləcəyi gözlənilir.