SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

G7 sammiti liderlər arasında ziddiyyətləri aşkara çıxardı - politoloq danışır

Politoloq İlqar Vəlizadə deyir ki, G7 ölkələri arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları mövcuddur
Sputnik

Bütün “G7” iştirakçıları İranla münaqişədən yayınmağa çalışırlar. Bunu “LCİ” telekanalına Fransa prezidenti Emmanuel Makron deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, bu dəfəki G7 sammitinə İranın xarici işlər nazirinin dəvət olunması bu ölkənin diplomatiyasının uğurudur: “Bu, həm də onu göstərir ki, G7 ölkələri arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları mövcuddur. Avropa ölkələrinin bu məsələ ilə bağlı ABŞ-dan fərqli düşünməsi heç kəsə sirr deyil. Yaranmış ziddiyyətlər ölkələrin iqtisadiyyatına mənfi təsir edə bilər”.

Qeyd edək ki, 45-ci G7 sammiti 24-26 avqust tarixlərində Fransanın ev sahibliyində Biarritz şəhərində keçirilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz