Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 avqust — Sputnik. "Qaxda 7 aylıq hamilə qadın döyülərək ölüm təhlükəsi ilə üz-üzədir".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, hazırda qadın rayon xəstəxanasındadır: "Qaxda hamilə qadının döyülməsi barədə məlumat mənim "Instagram" səhifəmə daxil olub.
Qeyd edək ki, hadisə Qax rayonunun Turaclı kəndində baş verib. Məlumatlara görə, hamilə qadın özünə xəsarət yetirib. Gecə saatlarında A.Vəliyeva bədəninin müxtəlif nahiyələrini yaralayıb. Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına baş və sifətin cırılmış-kəsilmiş yaraları diaqnozu qoyulub. Hal-hazırda reanimasiya şöbəsində olan xəstə koma vəziyyətindədir. Anası bildirib ki, A.Vəliyeva ailəsi dağıldığı üçün özünü öldürmək istəyib: "Ötən ilin noyabr ayında ailə qurub, 4-5 gün olar ki, ailəsindən ayrılıb, atası evinə gəlib".
Faktla bağlı araşdırma aparılır.