İQTİSADİYYAT

Depozit hərracında yeddiqat tələb olub

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib
Sputnik

BAKI, 26 avqust — Sputnik. Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Mərkəzi Bankın qərarına hörmət edən yoxdur - banklara niyə "hədiyyə" etməliyik?

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, hərracda tələb 721.3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Qeyd edək ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini öncədən açıqlayıb.

Xatırladaq ki, 19.08.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 732 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.