CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaqlarla bağlı qanun iki il təxirə salındı

Prezident İlham Əliyev “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib
Sputnik

BAKI, 26 avqust — Sputnik. "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanun layihəsinin qüvvəyə minmə vaxtı dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib.

Sənədin 8-ci maddəsinə edilən (qanunun qüvvəyə minməsi) dəyişikliklə, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsinin qüvvəyə minmə vaxtı 2020-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-nə dəyişdirilib.