RUSİYA

Rusiyaya ölüm hökmünü qaytarırlar

Bundan əvvəl Kaluqa vilayətinin qubernatoru Anatoli Artamonov bəyan edib ki, Böyük Vətən Müharibəsinin 92 yaşlı veteranını öldürmək kimi ağır cinayət törədən şəxslər edaç cəzasını haqq ediblər.
Sputnik

BAKI, 26 avqust — Sputnik. Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının nümayəndəsi Aleksandr Şerin cəza kimi ölüm hökmünün üzərinə qoyulan moratoriumun ləğvindən bəhs edib.

Etiraz aksiyasında iştirak: 13 yaşında tutuldu, indi edam ediləcək

Sputnik Azərbaycan xəbər verir ki, o, moratoriumun Rusiyaya süni şəkildə sırıdıldığını deyib: “Avropanın “bəşəri dəyərlər” adı altında təbliğ etdiyi və bizə sırınan bu hallar ölkəmizin dağıdılması üçündür. Ölüm hökmünə moratorium Rusiya Federasiyasını məhv edir”.

Qeyd edək ki, bundan əvvəl Kaluqa vilayətinin qubernatoru Anatoli Artamonov bəyan edib ki, Böyük Vətən Müharibəsinin 92 yaşlı veteranını öldürmək kimi ağır cinayət törədən şəxslər edaç cəzasını haqq ediblər.

Qeyd edək ki, Rusiya 1996-cı ildə Avropa Şurasına üzv olandan sonra ölüm hökmünə moratorium elan edib.