Moskva G7-yə mümkün dönüşü şərh etdi

“Prezident Putin özü də mətbuat konfransında bu sualı cavablandırdı. Əgər belə bir dəvət olsa, bir mütləq bu barədə düşünəcəyik”, - deyə Peskov bildirib.
Sputnik

BAKI, 25 avqust — Sputnik. Rusiyanın yenidən “Böyük yeddilik” (G7) ölkələrinə qoşularaq G8 formatının bərpa olunması ilə bağlı xəbərlər Kreml tərəfindən şərh olunub.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.

Putin: “ABŞ raketlərə dair mühüm sazişi pozub”

“Prezident Putin özü də mətbuat konfransında bu sualı cavablandırdı. Əgər belə bir dəvət olsa, bir mütləq bu barədə düşünəcəyik”, - deyə Peskov bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini növbəti  "Böyük yeddilik" sammitinə dəvət edə biləcəyini bəyan edib. D.Tramp V.Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə qonaq qismində dəvət edilməsini tamamilə mümkün sayıb. Bununla belə, ABŞ Prezidenti Fransanın Biarritz şəhərində keçirilən "Böyük yeddilik" sammitində Rusiya ilə bağlı müzakirələr zamanı deyib ki, Moskvanın "Böyük yeddilik" formatına qayıdıb-qayıtmayacağını bilmir.

Xatırladaq ki, bundan əvvəl D. Tramp Fransa Prezidenti Emmanuel Makronun V. Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə dəvət edilməsi barədə təklifi ilə razılaşdığını söyləyib. Rusiya Prezidenti isə öz növbəsində deyib ki, Moskva "Böyük yeddilik" ölkələri ilə istənilən əlaqəni faydalı sayır və yenidən "Böyük səkkizlik" formatının formalaşmasını istisna etmir.