Fransada polis etirazçıları "çimizdirdi": binaların birinci mərtəbələri sökülür - VİDEO

Hal-hazırda onların qarşıdurması güclənib və xaos yaranmaqdadır
Sputnik

BAKI, 24 avqust — Sputnik. Fransanın Bayonne şəhərində "Böyük Yeddiliy"in sammitinə etiraz edənlərə qarşı polis dörd dəfə güclü su şırnaqlarından istifadə edib.

​Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, etiraz aksiyalarında yüzlərlə insan iştirak edir. Yürüş bir növ üçbucağı xatırladan ərazidə gedir - bura iki tərəfdən çayla əhatələnib. Onların üzərindəki körpüləri polislər əvvəlcədən bağlayıblar. Beləliklə, etirazçıların yolu kəsilib.

​Öncə yürüşçülər baraban sədaları altında küçələrdə gedərək polisin ünvanına təhqiramiz şüarlar səsləndiriblər. Körpüyə yanaşanda isə gənclər asayiş keşikçilərini təxribata çəkməyə başlayıblar.

​Hal-hazırda onların qarşıdurması güclənib və xaos yaranmaqdadır. Etirazçılar yerdən çıxardıqları hasar parçaları ilə polislərin metal qalxanlarını taran etməyə çalışırlar.  Üstəlik, xuliqanlar binaların birinci mərtəbələrindən, kürsülərindən, eləcə də asfaltdan parçalar qopararaq polisə atırlar.