Dünya milyarderlərindən biri öldü

Kox Amerikada siyasətdə aktiv iştirakçılardan olub
Sputnik

BAKI, 24 avqust — Sputnik. ABŞ-da dünyanın zənginlərindən biri hesab edilən Devid Kox dünyasını dəyişib.

Milyarderin intiharı mübahisə doğurdu - ölüm şəraiti qaranlıqdır

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onun 79 yaşı olub.

Bloomberg-in bu ilin avqust dəyərləndirməsinə görə, Devid Kox və onun qardaşı Çarlzın sərvəti 124 milyard dollara qədər yüksəlib. Kox Amerikada siyasətdə aktiv iştirakçılardan olub.

Hətta 80-ci illərdə ABŞ Libertarian Partiyasının vitse-prezidentliyinə namizəd olub.