SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi olaraq başlandı: "Böyük yeddilik" dünyanı müzakirə edir

Sammitdən bir neçə saat öncə Makron fransızlara müraciət edərək iri dünyəvi böhranları, xüsusilə də İran, Suriya, Liviya, Ukrayna ətrafındakı məsələləri müzakirə etməyə çalışacaqlarını deyib
Sputnik

BAKI, 24 avqust — Sputnik. "Böyük yeddiliy"in sammiti rəsmi olaraq başlandı.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən bildirir ki, Fransanın cənubundakı Biarritz şəhərində gələn qonaqları Prezident Emmanuel Makron və xanımı Brijit qarşılayırlar.

Hamıdan öncə Avropa İttifaqı Şurasının sədri Donald Tusk, ardınca istefaya çıxsa da, ölkəsini sammitdə təmsil edən İtaliyanın baş naziri Cuzeppe Konte gəliblər. 

Fransada polis etirazçıları "çimizdirdi": binaların birinci mərtəbələri sökülür - VİDEO
Britaniya hökumətinin rəhbəri Boris Conson, Kanadanın Baş Naziri Castin Trüdo və yaponiyalı həmkarı Sindzo Abe də gecikməyiblər. Sonda isə Almaniya Kansleri Angela Merkel və ABŞ Prezidenti Donald Tramp xanımı Melaniya ilə təşrif buyurublar.

Makron onların hər biri ilə birgə foto çəkdirərək qısa hal-əhval tutub.

Rəsmi proqrama görə, G7 liderləri birgə şam edəcəklər.

Rəsmi açılışa qədər Makron Tramp və Merkellə görüşməyə imkan tapıb. Sammitdən bir neçə saat öncə Makron fransızlara müraciət edərək iri dünyəvi böhranları, xüsusilə də İran, Suriya, Liviya, Ukrayna ətrafındakı məsələləri müzakirə edəcəklərini, ticarət müharibələrindən çəkinməyə çalışacaqlarını, iqlim məsələlərinə, o cümlədən Amazon meşələrindəki yanğına diqqət çəkəcəklərini bildirib.