MƏDƏNİYYƏT

"Taxt-tac oyunları"ndan "Marvel"ə - Con Snou superqəhrəmana çevriləcək

Aktyor "Marvel" komikslərinin qəhrəmanlarından birinə çevriləcək
Sputnik

BAKI, 24 avqust — Sputnik. "Taxt-tac oyunları" serialından Con Snou kimi tanıdığımız ingiltərəli aktyor Kit Harinqton "Marvel" studiyasının filmlərindən birində çəkilə bilər.

“Agent 007” qadın oldu

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Deadline" nəşrinə məlumatlı mənbə deyib.

Mənbənin bildirdiyinə görə, aktyor "Marvel" komikslərinin qəhrəmanlarından birinə çevriləcək.

Harinqton özü bu məlumatı şərh etməyib. Bildirilir ki, təfərrüatlar "D23 Expo" sərgisində aydın olacaq.

Bu həftəsonu "Marvel", "Disney" və digər studiyalar öz layihələrini "D23 Expo" sərgisində təqdim edəcəklər.