BAKI, 22 avqust — Sputnik. 2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha 10 vaqonun gətirilməsi gözlənilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə İsveçrənin “Stadler Rail Group” şirkətindən bildiriblər.
Məlumata əsasən, həmin vaqonlar hazırda Minskdəki zavodda istehsal olunur.
Qeyd edək ki, daha əvvəl “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımaları üçün yeni vaqonların gətiriləcəyini bildirmişdi.
Bu ilin əvvəlində Azərbaycanda “Stadler” şirkətinin yeni vaqonları gətirilmişdi.