CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda zəlzələ olub

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub
Sputnik

BAKI, 22 avqust — Sputnik. Azərbaycanda zəlzələ olub.

Sputnik Azərbaycan Apa-ya istinadən bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:41-də Gəncə stansiyasindan 41 km cənub-şərqdə Goranboy ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.