BAKI, 22 avqust — Sputnik. Azərbaycanda zəlzələ olub.
Sputnik Azərbaycan Apa-ya istinadən bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:41-də Gəncə stansiyasindan 41 km cənub-şərqdə Goranboy ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.