CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan-ın əməkdaşı Şabrandakı yanğında xəsarət aldı

Xəstəxanaya gətirilənlərin 2-si cərrahiyyə şöbəsinə, 5 nəfər isə reanimasiyaya yerləşdirilib
Sputnik

BAKI, 20 avqust — Sputnik. Şabran şəhərində yaşayış binasında baş verən yanğın söndürülüb.

Şimal regionunda fövqəladə vəziyyət: Meşə yanğınları başlaya bilər

Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, əlillər yaşayan 4 mərtəbəli binada baş verən yanğından sonra xəstəxanaya 7 nəfər gətirilib.

51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər. Onlardan 2-si cərrahiyyə şöbəsinə, 5 nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

Bildirək ki, xəsarət alanlar arasında Sputnik Azərbaycan-ın əməkdaşı Leyla Abdullayeva da var. O, hazırda reanimasiya şöbəsindədir.