CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblilər südlə təmin olunacaq – Yeni layihə

Agentlik gələcək nəsillərin sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən layihədə könüllü iştirak etmək, təmənnasız dəstək göstərmək istəyən sahibkarları əməkdaşlığa dəvət edir
Sputnik

BAKI, 20 avqust — Sputnik. Gələcək nəsillərin sağlam böyüməsini, uşaqların fiziki və əqli cəhətdən normal inkişafını təmin edən ən vacib amil onların düzgün qidalanması ilə bağlıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə 2019-2020-ci tədris ilindən etibarən müvafiq qurumlar ilə birgə "Sağlamlıq üçün süd için" adlı yeni pilot layihəyə start verəcək.

Maxinatorluqdan menecerliyə - Məktəb direktorlarının "bazarı"ı bağlanır

Layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatların çatdırılması nəzərdə tutulub. İlkin olaraq Siyəzən rayonunda yerləşən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək layihə, daha sonra respublikamızın digər bölgələrində də reallaşdırılacaq. Pilot layihəyə hazırlıq tədbirləri zamanı AQTA mütəxəssisləri tərəfindən şagirdlərə və valideynlərə südün istehlak qaydaları ilə bağlı məlumatlar veriləcək, süd içməyin əhəmiyyəti barədə təlimlər keçiriləcək.

Agentlik gələcək nəsillərin sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən layihədə könüllü iştirak etmək, təmənnasız dəstək göstərmək istəyən sahibkarları əməkdaşlığa dəvət edir. Ülvi amala xidmət edən "Sağlamlıq üçün süd için" adlı layihədə iştirak etmək istəyən sahibkarlar AQTA-nın Sahibkarlarla iş şöbəsinə müraciət edə bilərlər. Əlaqə vasitələri: Tel.: (012) 377 00 77 (177), e-mail: info@afsa.gov.az