HADİSƏ

Dəhşətli olayda yaralananların müalicəsi nəzarətə götürüldü - RƏSMİ

Şəmkir rayonunun Sarıtəpə kəndində 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Elmar Məsimov evi yandırıb
Sputnik

BAKI, 18 avqust - Sputnik. Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb. Bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qaynanası olub. 2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. 54 yaşlı qaynana və onun 24 yaşlı qızı kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıblar.

Şəmkirdə qəzəbli ata iki yaşlı oğlunu yandırıb

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər. Qaynanaın bədənini 50%, 24 yaşlı qızın bədənini 70% yanması bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəsislər dəvət edlib.

Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götüb.

Xatırladaq ki, Şəmkir rayonunun Sarıtəpə kəndində 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Elmar Məsimov evi yandırıb.

Yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M. Məsimovanın bədəninin 70 faizi yanıb.

Faktla bağlı araşdırma aparılır.