HADİSƏ

Sürücü toyu qanqaraçılığa çevirdi: yaralılar var

Qəza nəticəsində minik maşınlarında olan hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar
Sputnik

BAKI, 17 avqust — Sputnik. Göyçay rayonunda toy karvanında olan maşın qəzaya düşüb, altı nəfər yaralanıb.

Bakıda "unudulmaz" toy: qonaqlar bıçaqlandılar

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 215-ci km-də, Göyçay şəhərinin Natavan küçəsində zəncirvari qəza qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan "VAZ" markalı minik maşını qarşı tərəfdən gələn digər avtomobil ilə toqquşub. Qəza nəticəsində minik maşınlarında olan hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.