İDMAN

Ronaldu reklama görə rəqs etdi

Ulduz futbolçunun bu reklama görə nə qədər pul aldığı bəlli deyil
Sputnik

BAKI, 17 avqust — Sputnik. Ronaldu onlayn mağaza reklamına çəkilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, futbolçunun ən maraqlı və ən gülməli videoçarxıdır. Kriştianu Ronaldu indiyə qədər onlarla reklam çarxına çəkilsə də, demək olar ki, heç biri yadda qalmayıb. Amma budəfəki reklam tam fərqlidir.

Süjet xəttinə görə, Ronaldu cərimə zərbəsindən vurduğu qoldan sonra yan xətt bayrağına tərəf qaçaraq onu qeyd edir. Azarkeşlər isə heç nəyə fikir vermədən telefonlarında "Shopee" proqramından istifadə edirlər. Təəccüblənən futbolçu hakimdən şirkətin loqotipi olan kart alır. Portuqaliyalı smartfonda həmin proqramı yükləyir və onun forması şirkətin geyimi ilə əvəzlənir. Bütün bunlardan sonra o, maraqlı musiqi sədaları altında rəqs etməyə başlayır. Ulduz futbolçunun bu reklama görə nə qədər pul aldığı bəlli deyil.

Qeyd edək ki, bu yaxınlarda "Hopper" analitik saytı bir "Instagram" paylaşımına görə Ronaldunun 975 min dollar qazandığını açıqlamışdı.