CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metro çıxışlarında qanunsuz parklanmaya qarşı mübarizə aparılır

Paytaxtda müntəzəm marşrut avtobuslarının dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışı təmin edilib
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbayvan

BAKI, 16 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) metrostansiyaların çıxışlarında qanunsuz parklanmaya qarşı ciddi mübarizə tədbirlərinə start verib. BNA-nın metro çıxışlarında qanunsuz parklanmaya qarşı tədbirləri dayanacaqlarda avtobusların rahat hərəkətinə imkan yaradıb. BNA-nın mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metronun "Gənclik", "20 Yanvar", "Neftçilər" stansiyaları çıxışlarının ətrafı, eləcə də Moskva prospektində (Şamaxinka adlanan ərazi - Sumqayıt istiqamətində) avtobus dayanacaq məntəqələrində qanunsuz parklanmaya qarşı tədbirlər davam edir: "Bunun nəticəsidir ki, qeyd edilən dayanacaq məntəqələrində iş günü səhər və axşam pik saatlarda nəqliyyat vasitələrinin normal axını müşahidə edilir. Müntəzəm marşrut avtobuslarının dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışı təmin edilib".

Metro çıxışlarında qanunsuz parklanmaya qarşı mübarizə aparılır

Qeyd edək ki, BNA-nın qanunsuz parklanmaya qarşı mübarizə tədbirləri sərnişinlər tərəfindən də rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə metrostansiyaların çıxışlarının qanunsuz parklanma zamanı və hazırkı vəziyyətini əks etdirən müqayisəli görüntülər paylaşılıb.

Metro çıxışlarında qanunsuz parklanmaya qarşı mübarizə aparılır