Sputnik Azərbaycan avqustun əvvəlində “Məktəbə getmək ümidi ilə” xeyriyyəçilik aksiyasına start verib. Aksiyanın məqsədi aztəminatlı ailələrin uşaqlarını bütün zəruri məktəb ləvazimatı ilə təmin etməkdir.
Bu cür ailələrdən biri tənha ana Səfurə Məmmədovanın ailəsidir. O, altı yaşlı qızı Fəridəni və iki yaşlı oğlu Yusifi tək böyüdür, tərbiyə edir.
Bir çox xeyirxah insanlar aksiyaya qoşulub və Fəridəni məktəb çantasından tutmuş rəngli karandaşlara qədər bütün məktəbli ləvazimatı ilə təmin ediblər. Onların arasında adlarının çəkilməsini istəməyən xeyirxah şəxslər da olub.
Biz isə aksiyamıza qoşulan, uşaqları sevindirən bütün iştirakçılara minnətdarlığımızı bildiririk. Fəridənin isə böyük zirvələri fəth edəcəyindən əminik.
Məktəbə getmək ümidi ilə: Uşaqlar həyatdan zövq almalıdırlar>>