CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Boş qalan plan yerlərinin yarısı pulsuzdur - Abituriyentlərin diqqətinə!

15-19 avqustda boş qalan plan yerlərinə əlavə seçim olacaq
Sputnik

BAKI, 14 avqust — Sputnik. Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Nazirdən ödənişli təhsil alan tələbələrlə bağlı tapşırıq gəldi

Təhsil eksperti Kamran Əsədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu il ali məktəblərə ayrılan 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi. "Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Yəni 20189 dövlət sifarişli plan yerlərinin 17820-sinə qəbul həyata keçirilib və II tur üçün 2369 pulsuz, dövlət sifarişli plan yerləri boş qalıb".

Beləliklə, boş qalan 5785 plan yerinin 2369-u pulsuzdur.  15-19 avqustda boş qalan plan yerlərinə əlavə seçim olacaq.