Türkiyə ABŞ-la razılığa gəldi

Altı ABŞ hərbçisi Türkiyəyə gəlib
Sputnik

Bakı, 13 avqust-Sputnik. Türkiyə və ABŞ hərbçiləri Suriyanın şimalında planlaşdırılan təhlükəsizlik zonasının və birgə əməliyyatlar üçün koordinasiya mərkəzinin yaradılması üçün çalışırlar.

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə bu gün Türkiyə Müdafiə Nazirliyindən bildiriblər.

Suriya Ərdoğan və Trampa qarşı çıxdı

Nazirlik bu ərəfədə Şanlıurfaya koordinasiya mərkəzində çalışacaq altı ABŞ hərbçisinin gəldiyini məlumat vermişdi.

"Şanlıurfada Suriyanın şimalında təhlükəsizlik zonası çərçivəsində yaradılan birgə əməliyyatlar mərkəzi üzrə işlər davam edir və onların ABŞ-la razılaşdırılması planlaşdırılır. Altı nəfərdən ibarət ABŞ nümayəndə heyəti Şanlıurfaya gələrək infrastrukturun yaradılması üçün işə başlayıb. Mərkəzin tezliklə fəaliyyətə başlaması üçün aparılan işlər maneəsiz davam edir", - məlumatda bildirilir.

Ankara ilə Vaşinqton Suriyanın şimalında planlaşdırılan təhlükəsizlik zonasının və birgə əməliyyatlar üçün koordinasiya mərkəzinin yaradılması məsələsində razılığa gəliblər.

Rəsmi Dəməşq isə bu razılaşmanın qəti əleyhinədir. Bəşər Əsəd hökuməti onu Suriya Ərəb Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qəsd və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, eləcə də beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması kimi qəbul edir.