HADİSƏ

Bayramın səhəri polis qara xəbər aldı

Bu rayonda 20 gündə üç nəfər özünü asıb
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Bu gün Şabrandan daha bir intihar xəbəri aldıq.

Milyarderin intiharı mübahisə doğurdu - ölüm şəraiti qaranlıqdır

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatlarında  hüquq-mühafizə orqanlarına şəhərdəki evlərin birində yaşlı bir insanın özünü asdığı barədə məlumat daxil olub. Araşdırma aparılan zaman özünü asan şəxsin 1959-cu il təvəllüdlü Comərd Şıxverdi oğlu Yolçuyev olduğunu müəyyən ediblər.

Şabran rayon Prokurorluğunda CM-nin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır.

Qeyd edək ki, bu, son 20 gündə Şabranda qeydə alınan üçüncü intihar hadisəsidir.