BAKI, 13 avqust — Sputnik. PSJ komandasının hücumçusu Neymarın bacısı Rafaella Bekran qardaşına qarşı azarkeşlərin səsləndirdikləri fikirlərə təhqiramiz cavab verib.
Sputnik AzərbaycanAS-a istinadən bildirir ki, Liqanın birinci turunun dünənki oyununda PSJ azarkeşləri braziliyalının ünvanına: "Neymar, it oğlu" deyə bağırıblar. "Nim"lə (3:0) keçirilən oyunda azarkeşlər həmçinin bir neçə təhqir dolu banner açıblar. Fransızlar Neymarın "Barselona"nın PSJ-ni böyük hesabla məğlub etməsini karyerasının ən gözəl xatirəsi olduğunu deməsini yada salaraq onun klubdan getməyini tələb ediblər.
"Hamınız necə də murdar adamlarsınız, bir damcı da hörmət yoxdur sizdə! Hələ üstəlik, istəyirsiniz ki, qardaşım sizin klubda qalsın? Siz onsuz heç nə qazana bilməyəcəksiniz. Biclər", - deyə Bekran tvit atıb. Bir müddətdən sonra o, paylaşımını silib.
Komandanın baş məşqçisi Tomas Tuxel bildirib ki, Neymarla PSJ başqa kluba transfer barəsində danışıqlar aparır, amma klubun adını açıqlamayıb.
"Barselona"nın rəhbərləri isə bu gün Fransaya uçurlar. Sky Sports-un məlumatına görə, onlar PSJ ilə Neymarın Kataloniya klubuna keçidini müzakirə etmək niyyətindədirlər.
Dünən bildirilmişdi ki, "Barsa" Neymara görə fransızlara Filipe Koutinyonu, əlavə də 60-80 milyon avro verməyə hazırdır. Bu anlaşmaya görə, onlar Koutinyonun "Bavariya"ya icarəsi məsələsini də gündəmdən çıxarıblar, çünki onu məhz Neymara dəyişmək niyyətindədirlər.
İspaniyanın digər məşhur klubu "Real" Madrid də braziliyalını heyətinə qatmaq fikrini bildirib. Kral klubu Neymara ildə 40 milyon avro maaş vəd edib. "Barsa"nın argentinalı hücumçusu Lionel Messi isə Neymara zəng edərək "Real"a keçməməsini xahiş edib.