"Antalyanın ürəyi" açıldı

Çəkisi 400 ton olan "Antalyanın ürəyi" Çində hazırlanıb və iki ay boyunca dəniz yolu ilə Türkiyəyə gətirilib
Sputnik

BAKI, 13 avqust — Sputnik. Böyüklüyünə görə Türkiyənin birinci, Avropanınsa ikinci "şeytan çarxı" - "Antalyanın ürəyi" istifadəyə verilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə  Daily Sabah məlumat yayıb.

​90 m hündürlükdəki müşahidə çarxı Antalyanın Konyaltı rayonunda, Aktur əyləncə parkında yerləşir. Buradan şəhərin mərkəzinə və Antalya körfəzinə möhtəşəm mənzərə açılır.

"Antalyanın ürəyi"ni hündürlüyünə görə ancaq Böyük Britaniyanın paytaxtılndakı "London göz"ü üstələyir.

​Çəkisi 400 ton olan "Antalyanın ürəyi" Çində hazırlanıb və iki ay boyunca dəniz yolu ilə Türkiyəyə gətirilib. Çarxın quraşdırılmasına 8 ay sərf olunub.

​Çarxda dörd VİP və 42 havalandırılan adi kabinə var. Bir dövrü çarx 18 dəqiqəyə başa vurur. Biletlərin qiyməti 1 nəfər üçün adi kabinələrdə 30 lirə (5.4 dollar), VİP kabinələrdə isə 200 lirədir (36.4 dollar).