BAKI, 13 avgqust — Sputnik. Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.
Sputnik Azərbaycan xəbər verir ki, təmsilçimiz “Qarabağ” mərhələnin cavab oyununa çıxıb. Ağdam klubu Bakıda APOEL-i qəbul edib.
Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan "Qarabağ" pley-offa vəsiqə üçün yaxşı şans əldə etsə də, gözlənilmədən 0:2 uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.
Oyunda qolları De Vinsente (34`-pen.) və Uroş Matiç (68`) vurublar. Almeyda oyunun sonunda (90`+4) qırmızı vərəqə alıb.
Qeyd edək ki, “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Təmsilçimiz bu mərhələdə "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.