HADİSƏ

Paytaxtda avtobusun vurduğu qız vəfat edib

Bakıda sərnişin avtobusunun vurduğu piyada xəstəxanada ölüb
Sputnik

BAKI, 13 avqust - Sputnik. Bakının Sabunçu rayonunda avtobusun vurduğu piyada dünyasını dəyişib.

APA-nın məlumatına görə, Əmir Bağırov küçəsində 204 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun vurduğu 17 yaşlı Fatimə Vəliyeva həkimlərin səyinə baxmayaraq, bu gün müalicə olunduğu 3 saylı Şəhər Klinik Xəstəxanasında keçinib.

Faktla bağlı cinayət işi başlanılıb.