CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ" azarkeşlərinə şad xəbər

On bir ilin üstünə daha 3 il gəlir
Sputnik

BAKI, 11 avqust — Sputnik. "Qarabağ" azarkeşləri rahat nəfəs ala bilərlər.

"Qarabağ" - APOEL oyununa baxmaq istəyənlər tələsməlidir

Komandanın baş məşqçisi Qurban Qurbanov daha 3 il Ağdam klubunun "sükanı" arxasında olacaq. 47 yaşlı mütəxəssis "Qarabağ"la yeni müqavilə bağlayıb.

Sputnik Azərbaycan bildirir ki, xəbəri Sportinfo.az saytı yayıb.

Xatırladaq ki, Qurbanov artıq 11 ildir ki, bu komandaya rəhbərlik edir. "Qarabağ"ın uğurlarında əsas pay sahibi olan Qurban Qurbanov komandada baş məşqçi kimi 2008-ci il avqustun 9-da rəsmi debüt edib. Həmin görüşdə "Qarabağ" "Bakılı"nı 2:1 hesabıyla məğlub etmişdi.