BAKI, 11 avqust — Sputnik. Lənkəran şəhərinin Füzuli küçəsində ölümlə nəticələnən ağır yol qəzası olub.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində maşında olan 3 nəfərdən biri ölüb, digər ikisi ağır xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.