SƏHİYYƏ

Döş xərçəngi, diabet və işemiyanın ilkin səbəbi açıqlandı - ofis işçiləri üçün xəbərdarlıq

"Fiziki yüklənmə rasional olmalı, heç bir halda insana zərər vurmamalıdır"
Sputnik

BAKI, 11 avqust — Sputnik. Döş və bağırsaq xərçəngi, diabet və ürəyin işemik xəstəliklərinin əsas səbəbi açıqlanıb.

Hər üç işemik xəstəlik halından biri mütləq kifayət qədər fiziki aktivliyin olması səbəbindən yaranır. Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə nazirinin müavini Oleq Salaqay özünün Facebook səhifəsində yazıb.

Alimlər vaxtsız ölümə səbəb olan xəstəliyə çarə tapdılar

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, fiziki aktivliyin olmaması dünyadakı ölümlərin 6%-nin səbəbidir, - nazir müavini qeyd edib. - Əgər konkretləşdirsək, döş və bağırsaq xərçəngi xəstəliklərinin 25%-ə qədəri, diabetin 27%-i və ürəyin işemik xəstəliyi hallarının təxminən 30%-i passiv həyat tərzi keçirilməsi səbəbindən yaranır".

Salaqay qeyd edib ki, fiziki aktivlik hər bir insanın həyatının vacib hissəsinə çevrilməlidir: "Ancaq fiziki yüklənmə rasional olmalı, heç bir halda insana zərər vurmamalıdır". 

Müntəzəm olaraq idmanla məşğul olmaq, nazir müavininin fikrincə, hipertoniya, ürək-damar, bəzi onkoloji xəstəliklərin, depressiyanın qarşısını alır, insanın ümumi vəziyyətini yaxşılaşdırır.