RUSİYA

Dadaşovun dul qalan arvadı ABŞ-dan kompensasiya istəyir

Sonuncu dəfə iyulun 19-da rinqə çıxan Maksim Dadaşov aldığı zədələrdən xəstəxanada vəfat edib
Sputnik

BAKI, 10 avqust — Sputnik. Vəfat edən rusiyalı boksçu Maksim Dadaşovun həyat yoldaşı Yelizaveta Apuşkina ərinin puerto-rikolu boksçu Subriel Matiasla döyüşünü lazımı şəkildə təşkil etmədiyi üçün Merilend ştatının Atletika Komissiyasından pul kompensasiyası tələb edir. Sputnik Azərbaycan "Vest.ru"-ya istinadən xəbər verir.

Yelizaveta Apuşkinanın hansı məbləğdə kompensasiya tələb etdiyi dəqiq bilinmir. Onun yaxın vaxtlarda müvafiq ərizə ilə məhkəməyə müraciət edəcəyi bildirilir. Dadaşovun dul qalmış həyat yoldaşı boks görüşünün hakimi Kenni Şavelə qarşı məhkəməyə ərizə verməkdən imtina edib.

Xatırladaq ki, sonuncu dəfə iyulun 19-da rinqə çıxan Maksim Dadaşov aldığı zədələrdən xəstəxanada vəfat edib.

Dadaşov ABŞ-ın Okson-Hill şəhərində İBF versiyası üzrə orta-ağır çəkidə dünya çempionluğu uğrunda döyüşdə puertorikalı Subrielem Matiasla qarşılaşıb.

11-ci raundda Maksim ardıcıl zərbələr aldığından rusiyalı idmançının komandası keçirilən görüşü dayandırmaq məcburiyyətində qalıb.

Rus boksçu rinqi tərk etdiyi zaman qəflətən huşunu itirib və yerə yıxılıb. Həkimlərin ilk müdaxiləsi və cərrahi əməliyyat fayda verməyib. O, iyulun 24-ü xəstəxanada vəfat edib.