CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəzaya uğrayan "MiQ-29" təyyarəsindən xəbər var

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür
Sputnik

BAKI, 9 avqust — Sputnik. Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

Qəzalardan sonra "MiQ-29" təyyarəsindən imtina edilir
 Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata istinadla bildirir.

Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.