İQTİSADİYYAT

Azərbaycandan Rusiyaya gavalı ixracının qarşısı alınıb – səbəbi

Ziyanverici orqanizmlərə yoluxmuş meyvələr məhv edilib
Sputnik

BAKI, 9 avqust — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) müfəttişləri Samaranın Kurumoç hava limanında ziyanverici orqanizmlərə yoluxmuş gavalının idxalının qarşısını alıblar.

Yeni fərman ölkənin ixrac potensialını artıracaq

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, meyvə Azərbaycandan göndərilib.

Aparılmış yoxlama zamanı gavalıda şərq almaqurdunun olduğu aşkar edilib. Məlumata görə, şərq almaqurdu çox təhlükəli ziyanverici tırtıldır. Bu canlı meyvələrin içərisində çoxalır və bir meyvənin içərisində eyni vaxtda bir neçə belə ziyanverici ola bilər.

Rosselxoznadzor əməkdaşları ziyanverici orqanizmlərə yoluxmuş gavalını müsadirə edərək elə hava limanındaca məhv ediblər.