BAKI, 8 avqust - Sputnik. UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən Bakının “Neftçi” klubu İsrailin “Bney Yehuda” klomandası ilə qarşılaşıb. Bakı təmsilçisi ilk görüşü evdə keçirib.
Görüşdə hesabı ilk hissənin 26-cı dəqiqəsində Tambi Saqas açıb. 36-cı dəqiqədə Mohammed Qadir hesab arasındakı fərqi artırıb - 2:0.
"Neftçi" 43-cü dəqiqədə buraxılan toplardan birinin əvəzini çıxıb - 1:2. Stiven Jozef-Monroz fərqlənib.
İlk hissə bu hesabla başa çatıb.
İkinci hissənin artırılmış 7-ci dəqiqəsində Namiq Ələsgərov cavab topunu vurub - 2:2. Görüş bu hesabla başa çatıb. Cavab oyunu bir həftədən sonra olacaq.