BAKI, 8 avqust — Sputnik. Qırğızıstanın Prezidenti Sooranbay Jeenbekov Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Orozbek Opumbayevin istefaya getməsinə icazə vermədiyini bəyan edib.
Sputnik Qırğızıstan xəbər verir ki, Jeenbekov bunu parlamentin növbədənkənar sessiyasında deyib.
"Çətin vaxtda istefaya getmək asandır. İndi getmək yox, təhlükəsizliyi təmin etmək lazımdır", - Prezident deyib.
Dünən axşam saatlarında xüsusi təyinatlılar Atambayevi saxlamaq üçün onun Koy-Taş kəndində yerləşən iqamətgahında əməliyyata başlayıblar. Əməliyyat zamanı xüsusi təyinatlılar və sabiq prezidentin tərəfdarları arasında qarşıdurma yaranıb.
Əməliyyatda bir xüsusi təyinatlı həlak olub, 52 nəfər xəsarət alıb.