BAKI, 7 avqust — Sputnik. USA Today qəzetinin Vaşinqton şəhərinin yaxınlığında yerləşən redaksiyasının işçiləri təcili təxliyə olunublar.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, buna səbəb binada silahli şəxsin peyda olması barədə məlumatın yayılması olub.
Qəzetin saytı bildirir ki, binanı polislər əhatəyə alıblar, səmada isə vertolyot nəzarət aparır.
USA Today-in jurnalistlərindən başqa, binadakı başqa ofislərin əməkdaşları da oradan çıxarılıblar.
Son bir həftə ərzində ABŞ-da silahlı insidentlər nəticəsində onlarla insan yaralanaraq həyatını itirib.