CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda sökülən bina ilə bağlı açıqlama

"Bu binanın tarixi bina olması barədə məlumat yanlışdır"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. "Nikola Tesla heykəlinin arxasında sökülən bina tarixi yox, yaşayış binasıdır". 

Bakıda kəskin qəza vəziyyətində olan binaların sayı açıqlandı

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İsrafil Kərimov məlumat verib. O bildirib ki, sözügedən bina tarixi bina deyil: "Həmin bina qəzalı yaşayış binasıdır. Bina pilot layihə əsasında sökülüb və layihəni icra edən şirkət bina sakinlərini köçürərək onları müvəqqəti kirayə mənzillərlə təmin edib. Ərazidə yeni bina tikildikdən sonra sakinlər əvvəlki ünvanlarına qayıdacaqlar. Binanın bir hissəsi artıq sökülüb. Bu binanın tarixi bina olması barədə məlumat yanlışdır".

Qeyd edək ki, sökülən binanın tarixi olması barədə xəbərlər bu gün sosial şəbəkələrdə yayılıb.