CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kəskin qəza vəziyyətində olan binaların sayı açıqlandı

Bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi barədə qərar qəbul edilib
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Paytaxtda qəzalı binaların sayı açıqlanıb.

Baş nazirdən qalmaqallı bina ilə bağlı mühüm - QƏRAR

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İsrafil Kərimov məlumat verib.  Onun sözlərinə görə, paytaxtda 17 ədəd kəskin qəzalı bina var: "Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi barədə qərar qəbul edilib. Həmin qərarda göstərilir ki, qəzalı binalarda yaşayan sakinlərə maliyyə vəsaiti ödənilməklə onlar köçürülsün. Belə kəskin qəzalı binalar əsasən Sabunçu rayonu ərazisindədir. Bu binalardan biri Yasamal rayonu, Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli, 43 mənzilli binadır. Digər belə bina Xətai rayonunda Şıxlınski 22 ünvanındadır. Digər qəzalı bina isə Səbail rayonu, Arif İsmayılov 51 ünvanında yerləşir. Bu binada 30 mənzil var, cəmi 4-nün sənədi var. Həmin binalardakı sakinlər mərhələli şəkildə köçürüləcəklər".