BAKI, 7 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp özünün Twitter hesabında Federal Ehtiyat Sistemini (FES) ölkəsinin problemi adlandırıb.
Spitnik xəbər verir ki, ötən həftə faiz dərəcələrini aşağı salan FES-i Tramp həddən artıq qorxaqlıqda günahlandırıb.
"Daha üç Mərkəzi Bank faiz dərəcələrini salır. Bizim problemimiz Çin deyil, biz həmişəkindən daha güclüyük. Çin dünyada minlərlə şirkətini itirdiyi bir vaxtda pullar Amerikaya sel kimi axır, - ABŞ-ın bu ölkəylə ticarət müharibəsindəki üstünlüyünə eyham vuran Tramp yazıb. - Bizim problemimiz öz səhvlərini - tələsdiyini və həddən artıq sərt tədbir gördüyünü (və mən haqlıydım!) boynuna almaq üçün gərəksiz vüqarlı olan Federal Ehtiyat Sistemidir".
Prezidentin fikrincə, FES-in siyasəti "dəhşətli bir şeydir". Tramp hesab edir ki, FES faiz dərəcələrini daha çox və sürətlə aşağı salmalı və kəmiyyətcə çox olan sərtləşdirmələrini İNDİ dayandırmalıdır.
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) 30-31 iyul tarixlərində keçirilən iclasların yekunu üzrə 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirib.