CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meteohəssas insanların diqqətinə: maqnit qasırğası barədə xəbərdarlıq edildi

Proqnoz dövründə ilk iki gün G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir
Sputnik

BAKI, 5 avqust — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) maqnit qasırğasının gözlənildiyi barədə xəbərdarlıq edib. 

Maqnit qasırğasının səviyyəsi açıqlanıb
AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub:

"Proqnoz dövründə - 05 - 07 avqust tarixlərində Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə, küləyin sürəti 575 – 600 km/san-ə qədər artacaq. Proqnoz dövründə ilk iki gün müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (07 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. Ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir".