CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Güclü küləyin fəsadlarının qarşısını almaq üçün tədbirlər görülür” – Azərişıq

Şimal bölgəsində başlanan güclü küləyin fəsadlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür
Sputnik

BAKI, 5 avqust — Sputnik. “Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) güclü külək başlayıb və baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC qabaqlayıcı tədbirlər görür”.

İşıq üzünə həsrət qalanlar qaranlığa görə pul ödəyirlər
Bunu Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, “Azərişığ”ın Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) baş verə biləcək qəzaların qarşısını almağa hazırdır: “Hazırda əməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir. Əməkdaşlarımız bütün əlavə mal-materiallarla təchiz olunublar. Baş verə biləcək hər-hansı kəsinti, yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.