CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kolleclərə ixtisas seçiminin son günü açıqlandı

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar
Sputnik

BAKI, 5 avqust — Sputnik. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Özəl təhsil müəssisənizi qeydiyyatdan keçirmək istəyirsizsə, bu qədər ödəməlisiz

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Bu gün saat 09:10-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə ixtisas seçimi edən abituriyentlərin sayı 12 928, rus bölməsi üzrə 263 nəfərdir. Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.