RUSİYA

Lavrov Azərbaycanın da iştirak edəcəyi Birinci Xəzər İqtisadi Forumundan danışdı

Tədbirdə Rusiya nümayəndə heyətinə ölkənin baş naziri Dmitri Medvedev başçılıq edəcək
Sputnik

BAKI, 5 avqust — Sputnik. Rusiya Birinci Xəzər İqtisadi Forumuna böyük əhəmiyyət verir. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rusiyanın Ermənistandakı sabiq səfiri Lavrova müavin gedir

Qeyd edək ki, avqustun 11-12-də Türkmənistanın "Avaza" turizm zonasında keçiriləcək forumda Azərbaycan da iştirak edəcək.

Lavrov deyib ki, Birinci Xəzər İqtisadi Forumu "ticarət, sərmayə və turizm kimi sahələrdə əməkdaşlığa əlavə impuls verərək, Xəzərin dünyada ən böyük nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilməsinə yardım edəcək".

O, həmçinin bildirib ki, tədbirdə Rusiya nümayəndə heyətinə ölkənin baş naziri Dmitri Medvedev başçılıq edəcək.