"Siri" "Apple" şirkətinin gözündən düşdü

"Siri" səs köməkçisi məxfi informasiyanı yaza bilər
Sputnik

BAKI, 4 avqust — Sputnik. "Apple" şirkəti "Siri" səs köməkçisinin keyfiyyətinə nəzarət edən fəaliyyətini dayandırıb. Bəzi kənar tərtibatçılar həmin proqram vasitəsilə istifadəçilərin sorğularına müdaxilə edə bilirdilər.

Apple şirkətindən köhnə telefonu olanlara bəd xəbər

Sputnik Azərbaycan-ın məlumatına görə, bu haqda ICTnews Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən məlumat yayıb. Xəbərə görə, kənar tərtibatçılar bir neçə saniyə davam edən səs sorğularının 1%-ni dinləmək imkanına malik olublar. Bu layihənin əsas məqsədi "Siri" səs köməkçisində danışığın tanınmasının keyfiyyətinin yüksəldilməsi idi, ancaq istifadəçilərə onların mesajının dinlənilə bilməsi xoş deyildi. Bundan əvvəl "Apple"ın podratçılarından birinə istinadən "Guardian" nəşri yazmışdı ki, "Siri" səs köməkçisi məxfi informasiyanı yaza bilər.