CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkanda faciə: qadını xilas edə bilmədilər, uşaq ağır vəziyyətdə

30 yaşlı qadın suda boğuldu, uşaq xilas edildi
Sputnik

BAKI, 3 avqust — Sputnik. Bakının Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.

Qonaqlarını dənizə gətirən 18 yaşlı gənc batdı
  Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə ilə bağlı Təcili Tibbi Yardım Xidmətinə saat 15:26-da çağırış daxil olub. Məlumatda iki nəfərin suda boğulması bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.

Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı Şəhər Xəstəxanasıma keçirilməsi planlaşdırılır.