CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik ölümlə nəticələnən avtobus qəzası haqda xəbər yaydı

Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı rəsmi məlumat yayıldı
Sputnik

BAKI, 3 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Azərbaycanlı turistləri daşıyan avtobus Türkiyədə aşdı - xeyli yaralı var
 DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 2-si saat 12 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Əli Abbasov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ş.Babaşovun idarə etdiyi “Honda” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib, yolun əks istiqamətinə çıxaraq Ağsu rayon sakini E.Xasıyevin 49 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla toqquşub.

Nəticədə Ə.Abbasov hadisə yerində ölüb, E.Xasıyevin 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.