Kaliforniyada çimərlikdə faciə: qaya adam öldürdü

Çimərlik müvəqqəti olaraq bağlanılıb
Sputnik

BAKI, 3 avqust — Sputnik. ABŞ-ın Kaliforniya ştatında qaya daşının qoparaq çimərliyə düşməsi 1 nəfərin ölümü ilə nəticələnib.

Bakıda istirahət mərkəzində faciə - 3 yaşlı uşaq öldü

Sputnik Azərbaycan-ın “Reuters” xəbər agentliyinə istinadən xəbərinə görə, hadisə “Grandview Surf Beach” adlanan çimərlikdə baş verib.  Məlumata görə, 1 ölənlə yanaşı, bir neçə nəfər də xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaların birinə aparılıblar.

Hadisənin baş verməsi ilə əlaqədar olaraq adıçəkilən çimərlik müvəqqəti olaraq bağlanılıb.