BAKI, 3 avqust — Sputnik. ABŞ-ın Kaliforniya ştatında qaya daşının qoparaq çimərliyə düşməsi 1 nəfərin ölümü ilə nəticələnib.
Sputnik Azərbaycan-ın “Reuters” xəbər agentliyinə istinadən xəbərinə görə, hadisə “Grandview Surf Beach” adlanan çimərlikdə baş verib. Məlumata görə, 1 ölənlə yanaşı, bir neçə nəfər də xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaların birinə aparılıblar.
Hadisənin baş verməsi ilə əlaqədar olaraq adıçəkilən çimərlik müvəqqəti olaraq bağlanılıb.