Instagram və WhatsApp adını dəyişir

Mənbələrin məlumatına görə, sosial şəbəkə bu yolla şəxsi məlumatların yayılmasından sonra yaranan qalmaqalın fonunda nüfuzunu yaxşılaşdırmağa çalışır
Sputnik

BAKI, 3 avqust — Sputnik. Instagram və WhatsApp əlavələrinin adına "Facebook-dan" dəqiqləşdirməsi artırılacaq. Sputnik Azərbaycan bildirir ki, bu barədə The Information məlumat yayıb.

WhatsApp-da əla yeniliklər olacaq

Dəyişilmiş adlar Apple və Google Play-in maqazin əlavələrində, eləcə də Instagram və WhatsApp-ın daxilində əksini tapacaq. Mobil telefonların ekranında isə əlavələr əvvəlki adları ilə görünəcək.

Facebook-un mətbuat katibi Berti Tomson deyib ki, bu tədbirlər əlavələrin şirkətə aid olduğunu göstərməyə imkan verəcək.

Mənbələrin məlumatına görə, sosial şəbəkə bu yolla şəxsi məlumatların yayılmasından sonra yaranan qalmaqalın fonunda nüfuzunu yaxşılaşdırmağa çalışır.